Azexport portalı sahibkarlara yeni xidmət təklif edir

10:18 - 2.11.2017


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı sahibkarlara yeni xidmət növünü təqdim edir.

Belə ki, www.azexport.az portalı dövlət və özəl satınalmaları portallarından on minlərlə elanlar arasında ən uyğununu seçərək onları Azərbaycan sahibkarlarına təqdim edir. Sahibkarlar artıq aydın şəkildə müxtəlif ölkələrdə elan olunan tenderlər və sifarişləri görə bilər və onlardan yararlana bilərlər. Eyni zamanda portal bu cür tenderlərdə iştirakla bağlı müvafiq dəstək verəcəkdir.

Azexport portalının rəhbəri Zaur Qardaşov bildirir ki, belə bir bölümün yaradılmasında məqsəd Azərbaycanın məhsul və xidmətlərinin xarici ölkələrdə mövcud böyük dövlət və özəl satınalmalarına çıxışını təmin etməkdir. Hazırda bir çox ölkələrdə satınalmalar tamamilə elektron qaydada keçirildiyi üçün bu cür inteqrasiya mümkün olmuşdur. Bir çox hallarda tenderlərdə iştirak haqqı tələb olunmasa da, bu cür portallarda qeydiyyat üçün elektron imza, zəmanət sənədləri, illik ödəniş və digər tələblər vardır ki, bu prosedurların bir hissəsini dövlət öz üzərinə götürərək sahibkara əlavə dəstək ola bilər. Hesablamalar göstərir ki, Azərbaycan sahibkarları məhsullarını birbaşa tenderlər vasitəsilə satmaqla 30-40% əlavə gəlir və davamlı müştərilər əldə edə bilərlər. Eyni zamanda, bu cür platformalara çıxış, bir sıra ənənəvi və yeni sahələrin (məsələn maşınqayırma, İT xidmətləri, tikinti xidmətləri və s.) ixrac imkanlarını xeyli artıra bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Əlaqə:

Zənurə Talıbova- PR menecer, Telefon: (012) 521 34 96, (050) 295 86 88

Məsumə Talıbova, Media mütəxəssis ,Telefon: (012) 521 33 18, (050) 295 86 89

Ünvan: Bakı şəh., Neftçilər Pr.24 , Dalğa Plaza BM. ( AZ1095 )

E-mail: [email protected]

Web:http://iqtisadiislahat.org/contact-us

http://ereforms.org/contact-us

http://ecoreform.az/contact-us

https://www.facebook.com/iqtisadiislahat/

https://twitter.com/iqtisadiislahat

https://www.youtube.com/channel/UCRqqwouYQ0a5VVfEyLJe4pw

Bütün xəbərlər