10.08.2018,14:37
10 avqust, Fineko/abc.az. Avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Abşeron yarımadasında gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80%, gündüz 55-60% faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olacaq.
Azərbaycanın rayonlarında avqustun 11-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.
15 Fevral 2019 | 17:21
15 Fevral 2019 | 17:19
15 Fevral 2019 | 16:21
15 Fevral 2019 | 16:18
15 Fevral 2019 | 15:42
15 Fevral 2019 | 15:41
15 Fevral 2019 | 14:58
15 Fevral 2019 | 14:56
15 Fevral 2019 | 12:12
15 Fevral 2019 | 11:52
15 Fevral 2019 | 11:29
15 Fevral 2019 | 11:13
15 Fevral 2019 | 10:39
15 Fevral 2019 | 11:29
15 Fevral 2019 | 11:52
15 Fevral 2019 | 11:13
15 Fevral 2019 | 14:58
15 Fevral 2019 | 14:56
15 Fevral 2019 | 15:41
15 Fevral 2019 | 10:01
15 Fevral 2019 | 16:18