Məleykə Abbaszadə Lerik rayonunda vətəndaşları qəbul edib

16:25 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Qəbulda Lerik rayonunun sakinləri ilə yanaşı Lənkəran, Astara, Masallı və digər rayonların sakinləri də iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, ixtisas seçiminin aparılması, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Bütün xəbərlər