ÜGT Bakıda informasiya texnologiyaları konfransı və sərgisi keçirəcək

10.08.2018,16:28


10 avqust, Fineko/abc.az. Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçiriləcək.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, sərgi və konfrans 2019-cu ildə keçiriləcək.

“Sərgi 12-14 iyun 2019-cu il tarixində keçiriləcək”, - deyə S.Mehdiyev bildirib. 

Səfər Mehdiyev bu gün BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Consu qəbul edib və ona sərgi haqqında danışaraq, BP-in tədbirdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

 

 

Açar sözlər: WCO ÜGT