AMB depozit hərracı keçirəcək

10.08.2018,16:40


10 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracı keçirəcək.

“Avqustun 13-də keçiriləcək depozit hərracında AMB 14 gün müddətinə 350 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 8,01% -9,99% səviyyəsində müəyyənləşdirilib”, - AMB-in məlumatında belə deyilir.

AMB-in depozit hərracı Bloomberg ticarət platformasında keçirilir.

Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

 

Açar sözlər: depozit hərracı