Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib

19:33 - 10.08.2018


10 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. 

Reyd zamanı İsmayıllı rayonu Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 8,48 mhəcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən  1264,11 manat  məbləğində ziyan tətbiq edilib.

 

Bütün xəbərlər