Bakı-Balakən sərnişin qatarı təbii fəlakətlə əlaqədar Qax stansiyasında dayanıb

14:22 - 11.08.2018


11 avqust, Fineko/abc.az. 11 avqust 2018-ci il tarixində aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci km-də dəmir yolundan 2 km aralı məsafədə məcrasını dəyişmiş, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələmişdir.

Qeyd edək ki, Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 №-li sərnişin qatarı Qax stansiyasına qədər hərəkət etmişdir. Belə ki, Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınmışlar.

Hal-hazirda təbii fəlakət yerində - dəmir yolunda  bərpa işləri aparılır.

Bu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.  

Sərnişinlərin nəzərinə çatdıraq ki, 11 avqust 2018-ci il tarixdə Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaqdır.

 

Bütün xəbərlər