Dövlət qulluğuna qəbul üzrə keçiriləcək test imtahanında namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

10:40 - 13.08.2018


13 avqust, Fineko/abc.az. İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 18 avqust 2018-ci il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvdq/ inkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

Bütün xəbərlər