MIDA güzəştli mənzil satışı sisteminin sınaq verisyasını təqdim etdi

12:53 - 13.08.2018


13 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MIDA) “Güzəştli mənzil” sisteminin sınaq verisyasını istifadəyə verib.
MIDA-nın təqdim etdiyi məlumatda deyilir ki, sistemin demo versiyası avqustun 4-dən işə salınıb və elektron hökumət portalı (www.e-gov.az), elektron imza portalı (www.e-imza.az) və ASAN İmza portalında (www.asanimza.az) təqdim edilmişdir. 
“Güzəştli mənzil  satışı sentyabrın 5-dən başlanacaq.  Yasamal Yaşayış Kompleksinin 324 mənzilləri satışa təqdim ediləcək. Elektron kabinetə sahib olan vətəndaşların 9377 nəfər olduğunu nəzərə alaraq, sistem hər gün müvafiq saatlarda yenilənəcək”, - məlumatda belə deyilir.
Sistemin demo versiyası  avqustun 31-nə qədər qüvvədə olacaq.

Bütün xəbərlər