Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə turist mübadiləsinin təşkili üzrə danışıqlara başladı

11:33 - 2.11.2017


Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak edir.

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirliyindən verilən məlumata əsasən, sammit, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri iştirak edib.

“Səfər çərçivəsində nazir Əbülfəs Qarayev türkiyəli həmkarı Numan Kurtulmuş ilə görüş keçirmiş, iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və gələcək layihələri müzakirə edilmişdir. Yaradılmış İşçi Qrupun formatının genişləndirilərək turizm sənayesi və mədəniyyət üzrə ixtisaslaşmış assosiasiyaların və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə mədəniyyət və turizm üzrə Azərbaycan-Türkiyə birgə Komissiyasının yaradılması, turizm və rekreasiya zonalarının yaradılması sahəsində əməkdaşlığın qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu üzrə turist mübadiləsinin təşkili  məsələsi də həmçinin müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər