Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb

17:50 - 13.08.2018


13 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 50 360 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 31 202-i Bakı, Abşeron və Sumqayıt, 19 158-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olmuşdur.

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərmişdir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 144 476-a çatmışdır.

 

Bütün xəbərlər