Azərbaycan nefti ucuzlaşdı

10:34 - 14.08.2018


14 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,33 dollar (0,45%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,75 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  13 avqust tarixli ticarətin nəticəsində 0,43 dollar (0,64%) enərək bir barelə 67,20 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 13 avqust tarixli ticarətin nəticəsində 0,20 dollar (0,27%) enərək  bir barelə 72,61 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 13 avqust tarixli ticarətin nəticəsində 5,41 dollar/barelə təşkil edir.

 

Bütün xəbərlər