“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin iş qrafiki dəyişdirildi

11:30 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Avqustun 20-dən etibarən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.

“ASAN”ın məlumatında deyilir ki, çoxsaylı müraciətlər və aparılmış statistik təhlillər əsasında bu qərara gəlinib.

Avqustun 20-dən başlayaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

 

Bütün xəbərlər