Həkim briqadası Naxçıvanda müayinələr aparıb

14:30 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Ölkə səhiyyəsinin prioritet istiqamətlırindən biri də kadr hazırlığıdır. Bu məqsədlə Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində kadrların bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif layihələr həyata keçirilir.

Bu layihələr çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 15 həkim mütəxəssisi Türkiyənin müxtəlif universitetlərinə eləcə də Bakı şəhər tibb müəssisələrinə təcrübəyə göndərilib. 75 orta tibb işçisi sertifikasiya imtahanına cəlb olunub.

Bundan başqa, Oftalmologiya Mərkəzinin həkim briqadası xeyriyyə məqsədi ilə vaxtaşırı kütləvi aksiyalar təşkil edir. Naxçıvan Muxtar Respublikası Xəstəxanasında və Babək rayonunda 167 müayinə, 17 katarakta əməliyyatı icra edilib. 20 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilib.

Bütün xəbərlər