Valyuta hərracı nəticəsində Azərbaycanda ortaçəkili məzənnənin səviyyəsi dəyişmədi

14:57 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə bu gün hərrac keçirmişdir.

“Avqustun 14-də  Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu hərrac keçirmişdir.  Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - məlumatda belə deyilir.

Avqustun 9-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Bütün xəbərlər