İlham Əliyev Füzuli rayonunda yolun tikintisi üçün təxminən 5 milyon manat ayırıb

15.08.2018,12:07


15 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, yolların tikintisi üçün 2018-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,7 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.