2018-ci ildə Azərbaycan xaricdə daha 5 Ticarət Evi açacaq

12:23 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi ölkə xaricində “Made in Azerbaijan” yerli markasının təşviq edilməsi üçün tədbirlər görməyə davam edir.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, ilin sonunadək daha beş Ticarət Evinin açılması planlaşdırılır.

“İlin sonuna qədər Birləşmiş Ərəb Əmirlikləri, Çin, Polşa, Qazaxıstan və Rusiyada Ticarət Evləri və Şərab Evləri açılacaq”, - deyə nazir müavini bildirib.

Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Belarusda açılmışdır.

 

Bütün xəbərlər