Dəmirçi-Lahıc yolunda hərəkətin təhlükəsizliyi təmin olunur

12:42 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Təhlükəsiz hərəkətin tənzimlənməsi məqsədi ilə 15-20 avqust 2018-ci il tarixlərində, Şamaxı rayonu, Dəmirçi-Lahıc avtomobil yolunda təhlükəsizlik sədlərinin quraşdırılması və Pirqulu-Dəmirçi-Lahıc avtomobil yolunda üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün xəbərlər