Oktyabr ayında Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək

16:13 - 15.08.2018


15 avqust, Fineko/abc.az.  Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək.

“Sovremennaya AZS” (“Müasir yanacaqdoldurma məntəqəsi”) jurnalı xəbər verir ki, jurnalın dəstəyi ilə keçiriləcək tədbir 11-12 oktyabr tarixlərinə planlaşdırılıb.

“Forum gedişatında  Azərbaycanda yanacaq-energetika kompleksinin inkişafı üzrə dövlət siyasəti, neft emalı sahəsinin modernləşdirilməsi və sair məsələlər barədə məruzələr dinləniləcək. Tədbirdə SOCAR, həmçinin “Azpetrol”, “LUKoil”, “Shell”, “Turkpetrol” və digər şirkətlər iştirak edəcək”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər