ARDNŞ Supsa, Ceyhan və Novorossiysk limanlardan yanvar-oktyabr aylarında xam neftin ixracının həcmini elan etdi

15:04 - 2.11.2017


Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) oktyabrda Novorossiysk limanından  84 min 975 ton xam neft ixrac edib.

ARDNŞ-nin məlumatında deyildiyi kimi, Supsa limanından  261 min 397 ton, Ceyhan limanından isə 1 milyon 201 min 812 ton xam neft  ixrac edilmişdir.

“Ümumilikdə, Novorossiysk limanından yanvar-oktyabr aylarında 1 milyon 242 min 679 ton, Supsa  limanından 2 milyon 12 min 209 ton,  Ceyhan limanından isə 13 milyon 966 min 348 ton xam neft ixrac edilmişdir”, - məlumatda belə  deyilir.

 

Bütün xəbərlər