İlin əvvəlindən Azərbaycanın əhalisi 38 min nəfər artıb

11:11 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Ölkə əhalisi ilin əvvəlindən 38 049 nəfər artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin 1 iyul tarixindən etibarən Azərbaycanın əhalisi 9 936 134 nəfər təşkil edib.

Ərazinin hər 1 kvadrat  kilometrinə 115 nəfər düşür.

Şəhər əhalisi ümumi əhali sayının 52,9%-ni, kənd əhalisi isə 47,1%-ni təşkil edir.  Kişilər əhalinin 49,9%-ni, qadınlar isə 50,1%-ni təşkil edirlər.

 

Bütün xəbərlər