Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edəcək

15:20 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Gənclər və idman naziri Azad Rəhimov avqustun 17-də Göygöl rayonunda Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbul saat 11:00-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Hummel küçəsi - 2) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Ağstafa (055 222-85-68), Daşkəsən (050 475-11-81; 055 275-11-81), Gədəbəy (051 790-05-17; 055 224-70-63), Goranboy (050 204-66-12), Göygöl (050 225-93-29; 055 627-24-89), Qazax (050 335-86-81), Samux (050 571-47-00; 070 902-36-53), Şəmkir (050/55) 388-36-46), Tovuz (050 346-85-28), Gəncə (050/55 361-88-71), Naftalan (050 277-67-66) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

 

 

Bütün xəbərlər