Azərbaycanda dizel yanacağının istehsalı 3,9% artıb

15:41 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1169 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin analoji göstəricisindən 3,9% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, 2018-ci ilin 7 ayı ərzində neft məhsulları sahəsində istehsalın ümumi dəyəri 1845,2 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 1,6% artım deməkdir.

“2018-ci ilin yeddi ayı ərzində Azərbaycanda 698,1  min ton avtomobil yanacağı, neft-kimya sənayesində istifadə üçün 134,4 min ton benzin, 348,9 min ton ağ neft,138,8 min ton mazut, 47,1   min ton sürtkü yağları, 164,2 min ton neft bitumu və 151,7 min ton neft koksu istehsal edilmişdir”, - məlumatda belə deyilir.

Həmin dövrdə ağ neft istehsalı 1,4%, avtomobil benzini 4,4%, mazut isə 43,1% azalıb. Dizel yanacağı, sürtkü yağları, neft bitumu və neft koksunun istehsalı artıb.

 

Bütün xəbərlər