Arzu Rəhimov Yevlaxda vətəndaşları qəbul edib

16:07 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Avqustun 16-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Yevlax şəhərində Yevlax, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağdaş və Göyçaydan olan sakinləri qəbul edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbələrində işə və ya hərbi xidmətə qəbul, müddətli həqiqi hərbi xidmətə çağırılacaq gənclərin gələcək xidmət yerinin müəyyənləşdirilməsi məsələlərində kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.

General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerindəcə həll edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydə alınaraq aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.

Bütün xəbərlər