Avqustun 1-nə Azərbaycanda sahəsi 1 milyon kvadratmetrdən çox mənzil istismara verildi

16:40 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1097,1 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrünə nisbətən 12,7% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında mənzil tikintisinə yatırılan kapital qoyuluşları 580,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 21,7% çoxdur.

Azərbaycanda 2017-ci ildə istismara verilən mənzillərin ümumi  sahəsi 1,727,4 min kvadratmetr təşkil edib və bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır.

2017-ci il ərzində mənzil tikintisi sahəsində edilən kapital qoyuluşları 891 milyon manat təşkil edib.

 

Bütün xəbərlər