Qaradağ rayonunda avtomobil yolunun tikintisi üçün 11,6 milyon manat ayrılıb

10:02 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi ilə bağlı vəsaitlərin ayrılması haqqında sərəncam imzalayıb.

“Qaradağ rayonunun Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın”, - Azərbaycan prezidentinin sərəncamında belə deyilir.

Sanqaçal–Çeyildağ avtomobil yolu 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər