Prezident İlham Əliyev Lənkəran rayonunda yolun tikintisinə 9,1 milyon manat ayırıb

18:20 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonundakı Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, yolun tikintisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dövlət büdcəsindən 9,1 milyon manat ayrılıb.

Hirkan–Daştatük–Biləsər yolu 7 min sakini olan 7 yaşayış məntəqəsini birləşdirir.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

 

Bütün xəbərlər