İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

09:15 - 18.08.2018


18 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, hava şəraiti qeyri-sabit olacaq, bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 28-33, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Avqustun 19-u axşam yağış tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32, dağlıq rayonlarda 19-24 dərəcə isti təşkil edəcək

Aran rayonlarında avqustun 18-i gündüz yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam və avqustun 19-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, avqustun 18-19-da hava şəraitinin küləkli olacağı gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər