Dövlət İmtahan Mərkəzi açıq tender elan edir

20.08.2018,10:38


20 avqust, Fineko/abc.az.  Tender iki (iki) lot üzrə keçirilir.

Lot-1. Ehtiyat hissələrinin və proqram təminatının dəstəyinin satınalınması.

Lot-2. İki texnoloji xəttə cari texniki xidmətin satınalınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər Lot-1 500 manat, Lot-2 300 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

Təşkilat: Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN: 1304673921)

Bank: “Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod: 507699

VÖEN(bank): 9900006111

SWIFT: AZRTAZ22

M/h: AZ02NABZ01350100000000022944

H/h: AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
  • tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
  • iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 24 sentyabr 2018-ci il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 oktyabr 2018‑ci il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 9 oktyabr 2018‑ci il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 502-47-53/56/58, daxili 144

Faks: 465-87-96, 502-47-22

E-mail: [email protected]

Ünvan: AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.