DGK yanvar-iyul aylarında dövlət büdcəsinə 1,9 milyard manatdan çox vəsait köçürüb

10:58 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yanvar-iyul aylarında dövlət büdcəsinə 1 941 158,4 min manat köçürüb.

DGK-in məlumatında deyilir ki, yanvar ayında Komitə xətti ilə dövlət büdcəsinə 226 088,3 min manat, fevralda 219 663,6 min manat, martda 281 238,10 min manat, apreldə  300 591,9 min manat, mayda 298 054,8 min manat, iyunda 293 360,2 min manat, iyulda 322 161,5 min manat köçürülüb.

“Gömrük rüsumları  üzrə iyulda 85 951,2 min manat, ƏDV üzrə 214 508,3 min manat, aksiz vergisi üzrə 18 247,1 min manat, yol vergisi üzə 3 454,9 min manat köçürülüb”, - məlumatda belə deyilir.

Azərbaycan Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 608 milyon manat köçürüb.

 

Bütün xəbərlər