İnam Kərimov Şəmkirdə vətəndaşlarla görüşəcək

11:55 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  25 avqust 2018-ci il tarixində, saat 11:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında  Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3644480) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər