Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

13:20 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 avqust 2018-ci il tarixində Qəbələ şəhərində, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qəbələ şəhərində, Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin binasında 23 avqust 2018-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail[email protected]

Bütün xəbərlər