AMB depozit hərracında 350 milyon manat cəlb etdi

15:44 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 20 avqust tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Növbəti depozit hərracında təklif  569,29 mln. manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

 

Bütün xəbərlər