330x110
 

“Ziraat Bank” Caspian Energy Forum Baku – 2018-nin sponsoru olub

20.08.2018,16:31


“Ziraat Bank” 2018-ci il sentyabrın 20-də Bakıda keçiriləcək 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku-2018”nin (www.caspianenergyforum.com) sponsoru olub.

“Ziraat Bank” idarə heyətinin sədri Avni Dəmirci Caspian Energy Forum Baku-2018-in təşkilini yüksək qiymətləndirərək, bu forumun dünyanın müxtəlif ölkələrini təmsil edən deleqatlar arasında biznes əlaqələrinin nizamlanması üçün fəal meydan rolunu oynayacağını qeyd edib. «Əvvəllər biz 6-cı Beynəlxalq Caspian Energy Forum Baku – 2018-in işində iştirak etmişik. Caspian Energy Forum-un sponsoru olmağımızdan məmnunuq. Zirat Bank Azərbaycan olaraqCaspian European Club ilə sıx və səmərəli əməkdaşlığımzı bundan sonrakı dövrlərdə də davam etdirəcəyik. Maraqlıdır ki, forum iqtisadiyyatın neft və enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunu da əhatə edən bir neçə sessiyadan ibarət olacaq. Caspian Energy Forum Baku-nun yüksək səviyyədə keçəcəyindən və həmçinin Azərbaycan iqtisadiyyatına daha çox sayda investisiyanın cəlbinə xidmət edəcəyindən əminəm», - deyə Avni Dəmirci qeyd edib.

Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev öz növbəsində sıx əməkdaşlığa və dəstəyə görə “Ziraat Bank Azərbaycan”a təşəkkür edərək onun Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında fəal iştirak edən bank olduğunu vurğulayıb. «Avni Dəmirci təkcə rəhbərlik etdiyi BANKING & FINANCE  COMMITTEE-nin deyil, həm də Caspian European Club-un tərkibinə daxil olan digər sahə komitələrinin fəaliyyətində fəal iştirak edir», - deyə Telman Əliyev qeyd edib.

7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018”ə rəsmi dəstəyi Azərbaycan Respublikası Hökuməti və Caspian European Club göstərir.

“Caspian Energy Forum Baku – 2018” də sıralarında dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərlərinin, həmçinin Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin başçılarının, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin da olduğu 1500-dən çox deleqat iştirak edəcək.

Tədbirin proqramı, iştirakın şərtləri ilə bağlı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/baku2018/index.php/en/ linkinə daxil olmaq lazımdır.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Clubdünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.