Aqrolizinq 160 mexanizatora sertifikat təqdim edib

12:25 - 21.08.2018


21 avqust, Fineko/abc.az. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində “Jonh Deere” markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb.

İyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.

Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.

 

Bütün xəbərlər