AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirəcək

12:19 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycanın Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, 24 avqsut tarixində 50101170S dövlət nömrəli qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Qısamüddətli notlar, hər birinin nominal dəyəri 100 manat olmaqla, 250 milyon manat həcmində yerləşdiriləcək. Notların tədavül müddəti 26 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir. 

 

Bütün xəbərlər