Dövlət bankından metropoliten işçilərinə şad xəbər

10:08 - 3.11.2017


Daim müştərilərinin rahatlığını düşünən Dövlət bankı Azər Türk Bank Bakı metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və Metropoliten İşçilərinin Peşə Bayramı münasibətilə yeni kampaniya keçirməyə qərar verib.

Beləliklə, Azər Türk Bank tərəfindən 6-20 noyabr tarixləri ərzində «Bakı Metropoliteni» QSC-nin əməkdaşlarına  nağd kreditlər tamamilə komissiyasız və sığorta xərci olmadan təklif ediləcək. “Korporativ” kredit məhsulu çərçivəsində verilən vəsaitin maksimal məbləği 10 000 AZN-dir.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

 

Bütün xəbərlər