Bakıdan Rusiya sərhədinə qədər yolda nişanlama xətləri çəkilir

12:35 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə davam edir.

Dövlət agentliyi bildirir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun 150-180 kilometrlik hissəsində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır.

“Həmin sahədə aparılan işlər axşam saatlarına qədər davam edəcək”, - deyə agentlikdən bildiriblər.

 

 

Bütün xəbərlər