Bank VTB-Azərbaycan-ın “Əcəmi” filialı bayram günlərində xidmətinizdədir

15:21 - 21.08.2018


21 avqust, Fineko/abc.az. 22 və 23 avqust 2018-ci il tarixində Qurban bayramı günləri Cavadxan küç. 30A (“Əcəmi” metrostansiya yaxınlığı) ünvanında yerləşən bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı müştərilərə xidmət göstərməyə davam edəcək. Bankın ofisi saat 10.00-dan 16.00-dək çalışacaq.

Bayram günlərində müştərilər bir sira bank xidmətlərindən yararlana bilər:

  • cari hesabdan vəsaitin verilməsi;
  • sürətli pul köçürmələri (vəsaitin göndərilməsi/alınması);
  • cari hesabların açılışı;
  • plastik kartların sifarişi/verilməsi;
  • cari (kart) və depozit hesabın artırılması

Bundan başqa, bankın müştəriləri kreditlərin ödənişləri və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişləri, eləcə də ödəniş tapşırıqları, İnternet və Mobil-bankçılıq xidmətlərinə qoşulmaq üçün ərizələrin verilməsi  və digər xidmətləri rahatlıqla həyata keçirə bilər.

 


Bütün xəbərlər