Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tədbir keçirilib

16:13 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Qurban bayramının xeyirxahlıq və həmrəylik kimi yüksək dəyərləri özündə birləşdirən xüsusiyyətlərindən danışılıb. Tolerant cəmiyyət modeli nümunəsi olan ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin, müqəddəs dini adət-ənənələrimizin qorunub saxlanıldığı və daim uca tutulduğu qeyd  olunub.

Tədbir çərçivəsində bir qrup əməkdaşa bayram hədiyyələri təqdim olunub.

 

Bütün xəbərlər