Azərbaycanda iki dövlət obyekti özəlləşdirilib

16:48 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi bu gün dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Dövlət Komitəsindən xəbər verildi ki, hərrac zamanı Ağcabədi  və Gədəbəy rayonlarında qeyri-yaşayış sahəsi  özəlləşdirilmişdir.

“Ağcabədi rayonunda özəlləşdirilmiş obyekt, daha dəqiq isə, mağaza üçün investor 3,750 min manat ödəyib, Gədəbəy rayonunda yerləşən “Aydınlıq” kinoteatrı isə investora 7,500 min manata başa gəlib”, - Dövlət Komitəsindən belə xəbər verildi.

Məlumatda deyilir ki, daha iki investor  hərracda “Qaz” və “Fiat” markalı avtomobilləri müvafiq olaraq 1700 manat və 3700 manat qiymətlərinə əldə etdilər.

“Komitə tərəfindən növbəti hərrac avqustun 28-də keçiriləcək. Avqustun son hərracına ümumilikdə 91 dövlət əmlakı çıxarılıb. Onlardan 21-i səhmdar cəmiyyət, 34-ü kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.

Hərraca çıxarılan obyektlərlə aşağıdakı linkə keçid almaqla tanış olmaq olar: http://privatization.az

 

Bütün xəbərlər