Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

17:55 - 21.08.2018


21 avqust, Fineko/abc.az. 21 avqust  2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı arasında görüş keçirilib.

Görüş zamanı geotermal suların istifadəsi, universitet tələbələri tərəfindən həyata keçirilən start-up layihələri və çirklənmiş torpaqların təmizlənməsi ilə bağlı tədbirlər müzakirə olunub.

 

 

 

Bütün xəbərlər