Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 28-dək aparılacaq

17:35 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər  avqustun 28‑dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının qərarına əsasən, 22-23 avqust 2018-ci il tarixlərinin qeyri-iş günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatını aparan komissiyaların 25-26 avqust (şənbə və bazar günləri) tarixlərində də fəaliyyət göstərməsi təmin ediləcəkdir.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

Bütün xəbərlər