Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb

19:27 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Avqustun 21-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.
İlk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası”  memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.
Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Bütün xəbərlər