Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

10:15 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Ali təhsil müəssisələrinin  boş qalan plan yerlərinə  qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

 

 

Bütün xəbərlər