Gömrükçülər avtomobildə gizlədilən pirotexniki vasitələr aşkar etdilər

10:42 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Vaz 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18000 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərlər