Azərbaycanda tütün istehsalının artımı təxminən üçdə bir səviyyədə qeyd olunur

13:14 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Azərbaycanda alkoqollu içkilər və tütün istehsalı artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-iyul aylarında tütün məhsullarının istehsalı 2,9 dəfə, içki istehsalı isə 9% artıb.

“Yanvar-iyul aylarında qida məhsullarının istehsalı 2,4%, o cümlədən, konyak istehsalı 4,8 dəfə, üzüm şərabının istehsalı 34,4%, alkoqolsuz içkilərin istehsalı 20% artıb”, - Dövlət Statistika Komitəsindən belə  bildirildi.

 

Bütün xəbərlər