Avqustun 25-də gözlənilən hava haqqında məlumat

14:56 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Sabah, avqustun 25-də Bakıda və Abşeronda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Abşeronda gecə 20-24, gündüz 28-33,  Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Avqustun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında avqustun 25-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Gecə 20-25, gündüz  32-37, dağlarda gecə 11-16, gündüz 20-25  dərəcə isti olacaq.

 

Bütün xəbərlər