Qanunsuz ov edən şəxs 1000 manat cərimə edilib

16:10 - 24.08.2018


24 avqust, Fineko/abc.az. 20 avqust 2018-ci il tarixində Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Nazirliyin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı ərazidə ov qaydalarının pozulması faktı təsdiqini tapıb. Qanunsuz ov edən şəxsin Bakı şəhər sakini Emin Rəsulov olduğu müəyyənləşdirilib. Faktla bağlı qanunamüvafiq tədbir görülüb və E.Rəsulov 1000 manat məbləğində cərimə edilib. Eyni zamanda vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə əraziyə cavabdeh olan ovçuluq təsərrüfatının sahə müfəttişi Ə.Məcidov barəsində intizam tənbeh tədbiri görülüb.

 

Bütün xəbərlər