Baş nazir müavini: Vergi yükü dəyişdirilməyəcək

16:27 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Hökumət, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) meydançasında bizneslə görüşdə önümüzdəki illərdə biznesə dair vergi yükünün dəyişməyəcəyini bir daha təsdiqləyib.

Rusiya Federasiyasının Baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanovun sözlərinə görə, hökumət, biznesə dair vergiləri artırmağı planlaşdırmır.

“Əksinə, bu gün RSSİ və müəssisələrlə müzakirə olunduğundan  və qanunvericiliyə uyğun olaraq qəbul olunandan başqa, vergi yükünün dəyişməyəcəyi barədə öz tezisimizi  bir daha təsdiqlədik. Gələcək illərdə də bu vergi yükü saxlanılacaq”, - deyə Siluanov bildirib.

Onun sözlərinə görə, hökumət, biznesə təzyiq etmədən, dövlət və biznes üçün maraqlı olan investisiya layihələri üçün dəstək tədbirlərini hazırlayacaq.

 

Bütün xəbərlər